Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


03.12.2022  10:43 

Ana ilə atanı evdə, qardaşları isə qəbristanlıqda qətlə yetirib





A+  A-

Beyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsinin bəzi təfərrüatları üzə çıxıb.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.

Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.

Hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Fuad Cəlilzadə ana ilə atanı yaşadıqları evin həyətində, qardaşları isə qəbristanlıqda qətlə yetirib.

Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.

Xatırladaq ki, 27 yaşlı Fuad Cəlilzadə düşmənçilik zəminində ailənin 4 üzvünü - Quliyev Nadir Cümşüd oğlu, Quliyeva Tərgül Sərxan qızı, Quluzadə Amin Nadir oğlu və Quluzadə Xəyal Nadir oğlunu qətlə yetirib.

Xəbər 2835 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +