Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


10.11.2022  20:55 

İlham Əliyev İranın hansı hərəkətini bağışlamayıb? - İlqar Rəsul yazır...





A+  A-

Müasir İran dövləti heç vaxt dəmir olmayıb. Amma daima paz olub və görünən odur ki, indi o pazı regiondan çıxarmağın zamanıdı.

Dünya güclərinin Rusiya ilə məsələ tam həll olunmamış İrana da girişməsi Moskva ilə yanaşı Tehrana da vəziyyətinin nə qədər ağır olduğunu anladır.

Azərbaycanın regionda tammaştablı müharibə aparıb, qısa müddətdə uğurlu nəticə əldə etməsi beynəlxalq birliyə yeni savaş instikti və təcrübə qazandırdı.

Rusiyanın və İranın məsələsini həll etməyin düşünüldüyü qədər çətin olmayacağı inamını gücləndirdi. Ukrayna müharibəsi bu nəzəriyyənin təcrübədə təsdiqi oldu. Ona görə ləngimədən İranın da "işinə baxmağa" qərar verildi. İran sadəlövhlük edib Azərbaycan sərhədinə qoşun yeritməklə texnikasının sınıq-salxaqlığını ortaya qoymaqdan başqa heç nəyə nail olmadı.

Rəsmi Tehranın üzdə Azərbaycanı təhdid edib arxada Bakı ilə əlaqələrə, görüşlərə cəhdlərinin uğursuzluğu da onu göstərir ki, prezident İlham Əliyev 44 günlük Vətən Müüharibəsi zamanı İranın əvvəl Araz qırağına qoşun çıxartmasını, sonra da savaşboyu Ermənistana dəstək verməsini bağışlamayıb və bağışlamaq fikrində deyil.

AZTV-dən başqa Azərbaycanın dini liderinin - Şeyxin də İrana qarşı açıq ittiham irəli sürməsi münasibətlərdə daimi "əlyerindən", "ümid, barış körpüsündən" də imtina deməkdir ki, bu artıq başlamış prosesin geridönməzliyini düşünməyə əsas verir.

Tam əminliklə demək olmaz ki, bu proses İranı bötövlükdə məhv edəcək. Ancaq İranın indiki rejiminin təlaşı, pərakəndə dəlilikləri düşünməyə əsas verir ki, bu dövlətin tezliklə öz mövcudluğunun yeni mərhələsinə qədəm qoyacağını hamıdan çox rəsmi Tehran anlamaqdadır.

İlqar Rəsul

Xəbər 2477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +