Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu


18.12.2021  22:47 

Putinsayağı tərəfdaşlıq və ya “ölmüş eşşəyin qulaqları”





A+  A-

Kreml Qərbdən özünün təhlükəsizliyi üçün “təxirəsalınmaz və təcili qarantiya” istəyir, özü isə kimsəyə belə zəmanət-zad vermək istəmir...

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 17-də “Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanəti haqqında müqavilə”nin layihəsini dərc edib. Rusiya NATO üçün də oxşar “təhlükəsizlik qarantiyası” sənədi hazırlayıb.

Artıq müqavilə layihəsi dekabrın 15-də Moskvada səfərdə olan ABŞ Dövlət katibinin müavini Karen Donfridə təqdim edilib.

Moskvanın “qarantiya tələbləri” əsasən Putinin elan etdiyi “qırmızı cizgilər”lə, Rusiyanın “arxa bağçası” saymaqda davam etdiyi geosiyasi məkanla bağlıdır.

Kremlin sahibi dekabrın 7-də Co Baydenlə ikisaatlıq videoəlaqə zamanı rus qoşunlarını görünməmiş miqyasda Ukrayna sərhədinə yığmasını alver predmetinə çevirməklə bu qarantiyaları istəmişdi.

Kreml NATO-nu yalnız Ukraynada deyil, ümumiyyətlə, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada istənilən hərbi əməliyyatdan çəkinməyə, postsovet məkanı ölkələri ilə hərbi əməkdaşlığı tam dayandırmağa, Şimali Atlantika blokunu bu ərazilərə doğru genişlənməkdən imtinaya çağırır. RF XİN-in danışıqlara çağırışında silahlanma və s. hərbi-siyasi məsələlərlə bağlı da maddələr var. Bu çağırış layihələri de-fakto ultimatum xarakterlidir, Rusiyanın yaxın qonşularının suverenliyini təhdid edir.

Moskvanın ABŞ və NATO-dan özü üçün “təhlükəsizlik qarantiyası” istəyib, əvəzində öz üzərinə belə qarantiya öhdəliyi götürməməsi təhlükəsizlik üzrə tərəfdaşlıqdan deyil, Avrasiya məkanında təhlükəli niyyətlərindən xəbər verir…

Kreml Qərbdən, demək olar ki, “Münxen sövdələşməsi” və ya Molotov-Ribbentrop paktına bənzər anlaşma tələb edir. XXİ əsrdə belə əcaib nüfuz dairəsi “təsbit” etmək, “kupça” alırmış kimi qeyri-rəsmi “arxa bağça” üçün Qərbdən rəsmi “kağız” tələb etmək “dahiyanə” gedişdir, tarix bir “fenomen” kimi Putini unutmayacaq...

Yeri gəlmişkən, Putinin Rusiyaya qarşı ultimatumlara belə bir məşhur cavabı var: “ölmüş eşşəyin qulaqlarını görərsiniz” (“от мертвого осла уши вы получите”).

“Kollektiv Qərb”dən olan opponentlərinin hazırda Putinin çağırış-ultimatumuna reaksiyası adekvatdır, yəni, Rusiyanın “qırmızı xətt” tələbinə həmin “qulaqları” verirlər...

Qəzənfər Həmidoğlu


Xəbər 2699 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +