Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


03.06.2021  20:27 

Şəhid ailələri ilə bağlı reyestr yaradılır





A+  A-

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” və "Veteranlar haqqında" qanuna ediləcək dəyişikliyə əsasən, belə bir imkanımız olacaq ki, şəhid ailə üzvlərinin, müharibə səbəbindən əlilliyi olan şəxslərin və müharibə veteranlarının reyestrini yaradaq”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”nin canlı yayımında deyib.

“Biz reyestrə şərti olaraq “Zəfər reyestri” adı qoymuşuq. Şəhidlərimizin ailə üzvlərinin və bu kateqoriyadan olan vətəndaşlarımızın məlumatları orada olacaq.

Reyestr dövlət orqanlarına və özəl qurumlara imkan verəcək ki, bu kateqoriyadan olan vətəndaşlarımızın müraciəti zamanı onların dərhal tanınması və onlara növbədənkənar xidmətlərin göstərilməsi və ya qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirilməsi, güzəştlərin əldə edilməsində açar rolunu oynasın.

Prezident İlham Əliyevin tapşırığına əsasən hazırlanan reyestri ilin sonuna qədər tam formalaşdıracağıq” - deyə, B.Hüseynov bildirib.

Xəbər 3645 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +