Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


28.04.2021  12:54 

“Küçədəki “parkovşik”lərin himayədarları var”





A+  A-

“Bakı şəhərində tariflər tətbiq olunmadan parklanma ilə bağlı hər hansı yığım ola bilməz”.
XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O bildirib ki, küçədəki “parkovşik” adlanan şəxslərin himayədarları var: "Həmin şəxslərin BNA ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu sahənin şəffaflaşdırılması məsələsini ortaya çıxaranda müxtəlif istiqamətlərdən qara piar olunur. Əgər biz hər hansı investor cəlb ediriksə, bunun üçün parklanma ilə bağlı tarif olmalıdır.

Ona görə də bununla bağlı beynəlxalq təşkilat cəlb etmişik. Yaxın aylarda parkinq siyasəti ilə bağlı ilkin pilot layihə tətbiq olunacaq. Onda küçədə hər hansı nağd ödəniş və “parkovşik” anlayışı qalmayacaq. Əfsuslar olsun ki, nəqliyyat sahəsindəki digər şeylər kimi bu da bizə miras formasında keçib”.

Xəbər 3540 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +