Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


17.12.2020  09:45 

Daha 3 ölkə kütləvi peyvəndlənmə tarixini açıqladı





A+  A-

Avropanın əksər ölkələri dekabrın sonundan etibarən koronavirus peyvəndini tətbiq etməyə başlayacaq.
XəzərNews.az xəbər verir ki, Fransanın Baş naziri Jan Kasteks bu ayın sonunda ölkədə yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinlərin vurulmasının başlayacağını bildirib. O, 100 milyon insan üçün 200 milyon doza peyvənd sifariş etdiklərini açıqlayıb.

İlk mərhələdə 1 milyon yaşlı insanın peyvəndlənəcəyini ifadə edən hökumət rəhbəri prosesin 6- 8 həftə davam edəcəyini söyləyib. Kasteks ikinci mərhələdə riskli qrupdakı təxminən 14 milyon insana vaksin vurulacağını bildirib.

Üçüncü və son mərhələdə, yazın sonlarında əhalinin qalan hissəsi peyvəndlənəcək.Bildirilib ki, hər kəsə 21 günlük aralıqlarla iki doza peyvənd veriləcək.

Almaniya isə vaksinlərin tətbiqinə 27 dekabr tarixində başlayacaq. İlkin mərhələdə istehsal etdikləri “BioNTech” firmasının vaksini qocalar evinin sakinlərinə vurulacaq.

Almaniyada peyvəndin istifadəsi üçün Avropa Dərman Agentliyinin (EMA) təsdiqi lazımdır. Bu təsdiqlənmənin isə 10 gün ərzində reallaşacağı qeyd olunub.

Polşa isə kütləvi peyvəndin vurulmasına yanvar ayında başlayacaq. Bu barədə ölkənin Baş naziri Mateuş Moravetski məlumat verib. Qeyd olunub ki, hökumət 60 milyon vaksin sifariş verib.

38 milyonluq ölkədə ilk növbədə səhiyyə, təhlükəsizlik işçiləri və qocalar evinin sakinləri peyvənd olunacaq.

Xəbər 3226 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +