Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


27.08.2020  13:49 

“Ermənistan başından böyük işlərə girişir” - Hulusi Akar





A+  A-

Türkiyənin Müdafiə Naziri Hulusi Akar “Anadolu” agentliyinin “Editör Masası” verilişində gündəliyə aid sualları cavablandırarkən Azərbaycan və Ermənistan arasında yaşanan gərginliyə də münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Hulusi Akar bir daha Türkiyənin birmənalı olaraq Azərbaycanın tərəfində olduğunu bəyan edib.

“Azərbaycan türkü əsl qardaşımızdır. Yəni, biz iki dövlət, bir millətik. Biz burada təbii ki, tərəf tuturuq. Durduq yerdə belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərimizlə qardaşlarımızın yanındayıq. Ermənistan da ağılla, məntiqlə düşünərək iş görmür. Arxasındakı qüvvələrdən güc alaraq, başından böyük işlərə girişir”,- deyə Akar qeyd edib.

Xəbər 3788 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +