Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


17.12.2019  09:16 

50 dəqiqəyə 67 milyon dolları oğurlandı





A+  A-

“Formula-1”in keçmiş sahibi və baş direktoru Berni Ekklstonun qızı – fotomodel və televiziya şərhçisi Tamara Ekklstounun Londondakı evindən 50 milyon funt sterliqn (67 milyon dollara yaxın) məbləğində zinət əşyaları oğurlanıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “The Sun” xəbər verib.

Bütün bəzək əşyaları 35 yaşlı Ekklsotunun lüks malikanəsindən cəmi 50 dəqiqə ərzində oğurlanıb. Bu, “Formula-1”in eks-rəhbərinin varisinin Londondan Milad tətilinə yollanmasından sonra baş verib.

“Rossiyskaya qazeta” yazır ki, polisin versiyasına görə, üç oğru hasardan atlanıb bağa girib, daha sonra gizli şəkildə evə daxil olub və yataq otağında gizlədilmiş seyfləri açıb. Onlar dünyaca məşhur brendlərin zinyət əşyalarını və “Cartier”dən ümumi dəyəri 80 min funt sterlinq (107 min dollara yaxın) olan üzüklər, sırğalar və bilərzik daxil olmaqla, tanınmış dizaynerlərin əl işlərini oğurlayıblar.

Qeyd edək ki, Ekklstounun evinin yerləşdiyi Kensinqton Palas Qardens “milyarderlər küçəsi” adını qazanıb. Orada bir evin ortalama qiyməti 33 milyon funt sterlinqdir (44 milyon dollara yaxın). Onun qonşuları - şahzadə Uilyam və həyat yoldaşı Keyt, Bruney sultanı, eləcə də Çinin ən varlı insanı Van Tszyanlindir.

Xəbər 3099 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +