Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


24.10.2019  11:23 

“Ramiz Mehdiyevin gedişi ilə yeni dövr başlayır”





A+  A-

REAL Partiyasının icra katibi Natiq Cəfərli Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunmasından sonra ölkədə baş verə biləcək dəyişikliklərdən danışıb.
XəzərNews.az-ın məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla əslində böyük bir epoxa bağlanır: “Bir siyasi epoxa geridə qalır. Azərbaycanın müstəqilliyindən bəri həm Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə daxili siyasətdə öz vəzifə səlahiyyətlərindən deyil, şəxsi əlaqələrindən və nüfuzundan doğan qərarvermə gücünə malik çox nüfuzlu bir şəxs siyasi səhnədən gedir. Ramiz Mehdiyev daxili siyasətdə həlledici qərarların verilməsində rol oynayan mühüm bir şəxsiyyət idi.

Yeni bir dövr başlayır. Amma bu, Prezident İlham Əliyevin və indiki hakim komandanın üzərinə bir məsuliyyət də qoyur. Çünki əvvəllər ölkədə hər hansı bir problem yaşananda, dəyişikliklər zəif gedəndə və islahatlar olmayanda bunu köhnə komanda adlandırılan Ramiz Mehdiyevin və onun ətrafında olan insanların maneçiliyi ilə izah edirdilər. Həm ölkə daxilində, həm də xaricində belə bir tendensiya var idi. İndi bəzi məsələlər üzrə ciddi irəliləyişlər əldə olunmasa, məsələn, sivil toplum, media, siyasi partiyalara münasibətlə bağlı normal yeni yanaşma başlamasa, bunun məsuliyyətinin indiki yeni hakimiyyətin üzərində olduğu görünəcək. Yox, əgər doğrudan da ciddi irəliləyişlər olsa, o zaman məlum olacaq ki, illərdir deyilən məsələlərin təməlində həqiqətlər yatırmış”.

Xəbər 3710 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +