Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb
“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı


23.10.2019  11:42 

Əhməd Bilalov ABŞ-da evində saxlanıldı





A+  A-

Rusiya Olimpiya Komitəsinin sabiq vitse-prezidenti, “Şimali Qafqaz kurortları” şirkətinin keçmiş rəhbəri Əhməd Bilalov oktyabrın 18-də Florida ştatının Sanni-Ayls-Biç şəhərindəki evində ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az-ın “Miami Herald” nəşrinə istinadən verdiyi xəbərə görə, “İnterpol”un Vaşinqtondakı Mətbuat xidmətinin rəhbəri Vanessa Allen xəbəri nə təsdiq, nə də təkzib edib:

“Təəssüf ki, “İnterpol”un Vaşinqton bürosu Bilalovun saxlanılması yönündə hər hansı informasiyaya malik deyil”.

“RİA Novosti” xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi Dövlət Departamentinə Ə. Bilalovun tutulması ilə bağlı sorğu göndərib.

Diplomatlar onun saxlanılması ilə bağlı yerli hakimiyyət orqanlarından məlumat almadıqlarını, ancaq bu barədə mediadan xəbər aldıqlarını bildiriblər.

Qeyd olunur ki, Bilalov ABŞ-da xanımı və yeni doğulan körpəsi ilə yaşayırmış.

Xatırladaq ki, 2013-cü ilin aprelində Bilalova qarşı “vəzifədən sui-istifadə” maddəsi üzrə cinayət işi açılıb. O, xarici səfərlərə şirkətin büdcəsindən həddindən artıq pul xərcləməkdə şübhəli bilinir.

Bilalov Rusiya Prezidenti Vladimir Putin tərəfindən fəaliyyəti tənqid olunduqdan sonra qardaşı Məhəmmədlə birlikdə 2013-cü ilin martında ölkəni tərk edib.

2016-cı ildə Rusiya Soçidə olimpiya obyektlərinin inşası və turizm klasterinin yaradılması ilə məşğul olan Bilalov qardaşlarına qarşı açılan cinayət işində istintaqın aparılması barədə ABŞ-a məlumat verib.

Xəbər 2965 dəfə oxunub.



30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +