Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


21.06.2019  09:37 

Dünənki mitinqdə jurnalistlər də yaralanıb





A+  A-

Dünən Tbilisidə müxalifətin keçirdiyi kütləvi aksiyalar zamanı xəsarət alanlar arasında KİV nümayəndələri də olub.
XəzərNews.az-ın “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, Gürcüstan Baş Nazirinin müavini David Serqeenko bildirib ki, ümumilikdə 69 nəfər mitinqdə yaralanıb ki, onların bir neçəsi jurnalistdir.

“Aksiya zamanı “TV Pirveli”, “Rustavi 2”, “1-ci kanal” teleşirkətinin, “Kavkazskiy uzel” portalının, eləcə də “Röyters” agentliyinin əməkdaşları var”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

Baş vermiş hadisələr fonunda Daxili İşlər naziri Georgi Qaxariya istefaya getməyə hazır olduğunu bəyan edib.

Xəbər 2964 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +