Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


25.09.2018  10:14 

Gəmi sürmək üçün vəsiqə yeni qaydalarla veriləcək





A+  A-

Baş nazir Novruz Məmmədov “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nı təsdiq edib.
XəzərNews.az xəbər verir ki, qaydalara görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri verir.

İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.

İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.

Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.

İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.

Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.

İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir.

Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.

6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:
6.3.1. stasionar mühərrikli qayıq;
6.3.2. asma mühərrikli qayıq;
6.3.3. yelkənli qayıq;
6.3.4. yelkənli mühərrikli qayıq;
6.3.5. hidrosikl.

Xəbər 3039 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +