Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb


05.05.2018  13:43 

Narkotik bitki əkən Tovuz sakini saxlanılıb





A+  A-

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, mayın 4-də Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Tovuz rayon Əlibəyli kənd sakini Kamran İmamquluzadə saxlanılıb.

Onun yaşadığı mənzilinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman həyatyanı sahədən xüsusi qulluq edilərək yetişdirilən 34 ədəd ümumi çəkisi 26. 837 qram olan çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Kamran İmamquluzadə ifadəsində narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, onlara xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Bundan başqa aparılan istintaq araşdırmaları zamanı məlum olub ki, saxlanılan şəxs 2012-ci ildə həmkəndlisinin evindən 30000 manat pulun oğurlanmasında da iştirak edib. Ona bu işdə Uluxan Cəfərov adında şəxs kömək edib.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3057 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +