Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


12.05.2024  19:53 

Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq





A+  A-

Gürcüstan parlamentinin deputatları mayın 14-də keçiriləcək plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

“Qrafikə gəlincə, sabah (13 may - Qeyd) Hüquq Məsələləri Komitəsində qanun layihəsinə üçüncü oxunuşda baxılacaq. Bu, redaksiya mülahizəsidir və təbii ki, heç bir əsas dəyişikliyin müzakirəsi gözlənilmir. Plenar iclasda müzakirəyə gəlincə, bu, çərşənbə axşamı (14 may - Qeyd) olacaq”, - Papuaşvili bildirib.



Parlament sədri qanun layihəsini tənqid edən xarici tərəfdaşların substantiv müzakirə əvəzinə dezinformasiya kampaniyası aparmasından da təəssüfləndiyini bildirib. Papuaşvili qeyd edib ki, hər hansı tövsiyələr olarsa, onlar qanun üçüncü oxunuşda qəbul edildikdən sonra, ölkə prezidenti Salome Zurabişvili əsaslandırılmış şərhlərlə parlamentə veto göndərənə qədər təklif edə bilərlər. Belə ki, tövsiyələr parlament çoxluğu üçün məqbul olarsa, deputatlar prezidentin vetosunu dəstəkləyəcək və qanun layihəsinə dəyişiklik edəcəklər.



Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, ölkə parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək. Onun sözlərinə görə, Gürcüstan parlamentində qərarlar xalqın əksəriyyətinin mənafeyinə uyğun olaraq qəbul edilir.

Xəbər 9395 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +