Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


11.04.2023  13:57 

Siyavuş Novruzov gömrüyü tənqid etdi





A+  A-

Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edən komitə sədri Siyavuş Novruzov bildirdi ki, ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır.

Deputat xaricdən dərman gətirən vətəndaşların gömrükdə problemlə üzləşdiyini bildirdi:

“Problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar özləri üçün xaricdən ucuz qiymətə dərman vasitələri gətirir. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir.

Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?”.

S.Novruzov ölkədəki “Alman aptekləri”ndəki dərmanların qiymətindən də şikayətləndi. Bildirdi ki, 5 avroluq dərman bu apteklərdə 150 manata satılır.

“Başa düşürük, yol xərcləri var, amma fərq bu qədər ola bilməz”.

Komitə sədri dərmanların keyfiyyəti ilə bağlı sualların olduğunu da vurğuladı./Musavat.com



Xəbər 2507 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +