İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


21.09.2022  10:13 

Əvəz Zeynallının məhkəməsidir... - Ev dustaqlığına buraxıla bilər





A+  A-

Bu gün Binəqədi Rayon Məhkəməsində tanınmış jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.

XəzərNews.az xəbər verir ki, proses bu gün saat 16:00-a təyin olunub. Vəsatət Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatına verilib.

Qeyd edək ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Xəbər 2380 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +