Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


18.06.2022  11:11 

Zakir Həsənov Kəlbəcər və Laçında - Video





A+  A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.

XəzərNews.az xəbər verir ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.

Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



Xəbər 3033 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +