Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar
Rusiya və Ukrayna danışıqları nə zaman başlayır?
Türkiyəli aktyor sevgilisini döydüyü üçün həbs edilib


16.06.2022  10:48 

“Bu beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi“





A+  A-

"Qarabağ münaqişəsinin həll olunması region üçün böyük imkandır".

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Bu, unikal imkandır. Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inteqrasiyanı pozmuşdu. Hazırda bu vəziyyəti düzəltmək üçün imkan yaranıb”, - Prezident bildirib.

Prezident bildirib ki, o, ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışır:

“Azərbaycan müharibədə qalib gəldi. Bu müharibə beynəlxalq hüququ, ədaləti bərpa edən müharibə idi. Bu gün biz əməkdaşlıq qurmaq istəyirik. Ermənistanla münasibətlərin normallaşddırılması təklifini biz etmişik”.

İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndlərin yerinə yetirilməsi regionda sülh və əmin-amanlığın bərqərar olmasının təməl sütunudur:

“Otuzillik işğal dövründə Ermənistan xalqı xoşbəxt deyildi. Əksinə, onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınırdı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü”.



Xəbər 3003 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +