Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


11.04.2019  13:16 

Tənqidlərə dözməyən nazir istefa verdi





A+  A-

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsuliyyət daşıyan nazir Yositak Sakurada istefa verib.
XəzərNews.az-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bu qərarı çoxsaylı tənqidlərə səbəb olan və ictimaiyyətdən üzr istəməsi ilə nəticələnən bir sıra qeyri-münasib sözlərdən sonra qəbul edib.

“Mən dilə gətirdiyim sözlərə görə məsuliyyət daşıyıram. Baş nazir Sindzo Abeya istefam barədə ərizə yazmışam”, - deyə nazir bildirib.

Hökumət rəhbəri isə onun istefasını qəbul edib. Bu posta müvafiq vəzifəni 2017-2018-ci illərdə icra edən Syuniti Suzuki təyin edilib.

Qeyd edək ki, Sakuradanın müxalifət partiyaları tərəfindən tənqid olunmasına səbəb eks-nazirin hakim “Liberal-demokratik” partiyasının deputatı Hinako Takahasinin şərəfinə təşkil olunmuş tədbirdə onun əleyhinə səsləndirdiyi fikirlər olub. Belə ki, Olimpiada işləri üzrə keçmiş nazir 2011-ci il zəlzələsində ciddi xəsarət alan Takahasidən kinayəli şəkildə danışaraq onun səhhətinin prosesin bərpasından daha vacib olduğunu deyib.

Bu məqamda bildirək ki, Tokioda növbəti Yay Olimpiada oyunları 24 iyul-9 avqust, Paralimpiada isə 25 avqust-6 sentyabr tarixlərində keçiriləcək.

Xəbər 1388 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +