Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


27.02.2018  12:06 

ABŞ ordusunda 4 min cinsi AZLIQ





A+  A-

ABŞ ordusunda rəsmi surətdə ilk transgender hərbi qulluqçu qeydiyyata alınıb.
XəzərNews.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Pentaqonun şöbə təmsilçisi mayor Devid İstburn məlumat verib.

“Pentaqon 23 fevralda bir transgenderin ABŞ hərbi qüvvələrində xidmət üçün müqavilə bağladığını təsdiq edir.” – mayor Devid İstburn deyib.

O, həmin şəxsin hal hazırda hərbi təlimlərə cəlb olunmadığını bildirib.

Bu, ABŞ hərbi qüvvələrində rəsmi surətdə transgender kimi qeydə alınan ilk haldır. Nüfuzlu “Reuters” agentliyinin məlumatına görə isə belə hərbçilərin sayı 4000-ə çata bilər.

2016-cı ildə qeyri-hökümət təşkilatı “Rand” tərəfindən keçirilən araşdırmaların nəticələrinə görə həmin il üçün aktiv trangender hərbçilərin sayı 2450 göstərilir. Eyni zamanda ehtiyatda olan belə hərbçilərin sayı isə 1510 göstərilir.

ABŞ ordusunun şəxsi heyyətinin 1.2 milyon olduğunu nəzərə alaraq ekspertlərin fikrincə bu rəqəmlər ordunun döyüş qabiliyyətinə çox cuzi təsir edə bilər.

Obama adminstrasiyasının razılığına baxmayaraq, Tramp adminstrasiyası trangenderlərin orduya qəbuluna qadağa qoymağa çalışırdı. Ancaq Federal Məhkəmə bir neçə dəfə bu təklifi ABŞ Konstitutsiyasına uyğun görməyərək rədd etdi.

Nəticədə Pentaqon 1 yanvar 2018-ci il tarixindən başlayaraq trangenderləri orduya qəbulunu həyata keçirməli oldu.

Xəbər 1570 dəfə oxunub.




25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +