Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


21.05.2025  14:06 

Kimsəsiz qadın sığınacaqdan qovulub?





A+  A-

55 yaşlı Güləbətin Zəkiyeva aprelin son günlərinədək sığınacaqda yaşayıb.

XəzərNews.az milli.az-a istinadla xəbər verir ki, Hepatit C diaqnozuna görə o, sığınacaqdan çıxarılıb. Daha sonra başqa bir tibb müəssisəsində müayinədən keçib və nəticələrə əsasən Hepatit C xəstəsi olmadığı məlum olub:

"Valideynlərimi itirmişəm, ailəm yoxdur. Aprelin 27-dən küçədəyəm. Yaşadığım şərait ağırdır, gecələr küçədə qalmalı oluram. Kim nə qədər bacarırsa, kömək edir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Güləbətin Zəkiyeva 2021-ci ilin sentyabr ayında sığınacağa yerləşdirilib və uzun müddət dövlətin sosial dəstəyi ilə yaşayıb.

O, 2024-cü ilin avqust ayında öz ərizəsi ilə sığınacaqdan ayrılıb, lakin 2025-ci ilin yanvarında yenidən qəbul edilib. Bu müddət ərzində ona müvafiq sosial və tibbi xidmətlər göstərilib.

Müntəzəm tibbi yoxlamalar zamanı Zəkiyevanın Hepatit C test nəticəsinin müsbət olduğu müəyyən edilib. Müəssisə daxilində digər sakinlərin sağlamlığını qorumaq məqsədilə və daxili qaydalara əsasən onun sığınacaqda qalma müddətinin məhdudlaşdırıldığı bildirilib.

Qurum nümayəndələri qadına müvafiq tibb müəssisəsinə müraciət etməsi barədə tövsiyə verildiyini qeyd ediblər.

Nazirlikdən əlavə olaraq bildirilib ki, Zəkiyevanın yaxın qohumları onu dəfələrlə ata evinə aparmaq istəsələr də, o, təklifləri qəbul etməyib.



Xəbər 665 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +