Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi
ABŞ Bakıdakı tədbirini təxirə saldı
Əraqçı Moskvaya niyə gedib?
Sosial yardım məbləği nə qədər artacaq?
Prezident Yevlaxa səfər edib - YENİLƏNİR
ABŞ dünyadakı amerikalılara “qlobal xəbərdarlıq“ etdi
ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum hazırlanır
Rusiya Ukraynaya 368 hava zərbəsi endirib


22.11.2023  13:23 

Əmək pensiyaları ilə bağlı QƏRAR verildi





A+  A-

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Xəzərnews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Qərarla təsdiq edilmiş qaydaya əsasən:

- "Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır;

- Kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün "müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti” ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq;

- "Əmək pensiyaları haqqında” Qanuna əsasən 2017-ci il 1 iyul tarixinədək 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi, həmin tarixdən sonra isə 2 faizi (Müdafiə Nazirliyi üzrə - 3 faizi) hesablanması şərti həmin dəyişikliyi ehtiva edən Qanunun qüvvəyə mindiyi 2017-ci il 1 iyul tarixi əsas Qanunun mətnində görünmədiyindən aydınlıq baxımından Qaydalara əlavə olunur;

- Pensiyaya çıxmış hərbi qulluqçular barədə yeni məlumat vərəqi təqdim olunarsa, o halda həmin hərbi qulluqçunun pensiyası yeni məlumat vərəqi əsasında hesablanacaq;

- Əmək pensiyası üzrə eyni anda 3 artırılma prosesini yerinə yetirmək lazım olduqda həmin proseslərin ardıcıllığı (pensiyanın minimum məbləğə çatdırılması, maddi yardımın pensiyanın məbləğinə daxil edilməsi və pensiyanın indeksləşdirilməsi ardıcıllığı) müəyyən olunur;

- Vətəndaşa keçmiş dövr üzrə əskik və artıq pensiya ödənildiyi aşkar olunduqda həmin məbləğlərin əvəzləşdirilməsi barədə norma əlavə olunur.



Xəbər 2477 dəfə oxunub.




23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib


BÜTÜN XƏBƏRLƏR +