Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb
“Sputnik-Azərbaycan”nın ofisində əməliyyat keçirilir?
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı


25.05.2022  14:19 

Azərbaycanda İLK: İcra başçısı məhkəməni uduzdu





A+  A-

Abdullayev Teyyub Əli oğlunun iddia ərizəsi əsasında Şəki İnzibati Məhkəməsində İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il 135 nömrəli Sərəncamı ləğv olundu.

Qeyd edək ki, İsmayıllı rayon icra hakimiyyətinin 5 oktyabr 2021- ci il 135 nömrəli Sərəncamına əsasən, Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 may 2003-cü il tarixli müqavilə ləğv edilmişdir.

Belə ki, İsmayıllı rayon icra hakimiyyəti Abdullayev Teyyub Əli oğlu tərəfindən ona 25 il müddətinə icarəyə verilmiş 100 hektar torpaq sahəsindən guya “örüş” məqsədilə istifadə etməli olduğu halda, “əkin” məqsədilə istifadə etməsini əsas götürərək sözügedən Sərəncamı qəbul etmişdir.

Bu gün isə Şəki İnzibati Məhkəməsində hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən iclasda iş adamı Abdullayev Teyyub Əli oğlunun İsmayıllı rayon icra hakimiyyətinin 5 oktyabr 2021- ci il 135 nömrəli Sərəncamının qanunsuz hesab edilməsi və ləğv olunması haqqında iddia tələbi təmin edilib. Məhkəmə iclasında iştirak edən “Təzadlar” qəzetinin Baş redaktoru Asif Mərzilinin verdiyi məlumata görə, proses çox ədalətli keçib və hakim Vidadi Qasımov şikayətçinin təqdim etdiyi sübutları və faktları əsas götürərək İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun qanunsuz və əsassız Sərəncamını ləğv edən qərar qəbul edib. Beləliklə, şikayətçi Teyyub Əli oğlu Abdullayevin 25 illik icarəsinə verilmiş torpaq üzərində icarədarlığı bir daha tanınıb.
T. Abdullayev ədalətli qərar qəbul edən hakim Vidadi Qasımova minnətdarlıq etdiyini bildirib.

Məhkəmə prosesindən və İsmayıllı rayon RİH başçısı Nahid Bağırovun qanunsuz və ədalətsiz hərəkətləri barədə daha geniş yazı tezliklə təqdim olunacaq.

Xəbər 6261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +