Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
Bu tarixlərdə Qarabağa gedə bilməyəcəksiniz!
Partlayışla bağlı cinayət işi başlandı
Bu ödənişlərdə ƏDV-nin yarısını geri ala biləcəksiniz
TƏBİB minaya düşən polislə bağlı məlumat yaydı
Hüseyn Büyükfıratın oğlunun ölüm səbəbi məlum olub
Bakıda ən çox əmək haqqını kimlər alıb?
Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü


23.04.2020  12:15 

Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi





A+  A-

Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədova bəraət verilib.
XəzərNews.az-ın məlumatına görə, İ. Məmmədovun vəkili Fuad Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Plenumun qərarına əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.

Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.

Xəbər 2651 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.06.2025  12:42 

Sabah hava necə olacaq?

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +