Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub


15.09.2017  18:32 

Azərbaycanda 7 ayda 8532 ailə dağılıb





A+  A-

Dövlət Statistika Komitəsi Azərbaycandakı demoqrafik vəziyyətlə bağlı növbəti məlumat açıqlayıb.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, 2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan əhalisinin sayı 48879 nəfər və ya 0,5 faiz artaraq avqust ayının 1-i vəziyyətinə 9 milyon 858 min 860 nəfərə çatıb. Əhalinin 53 faizi şəhər, 47 faizi kənd sakinləridir, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Bu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82380 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,6 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.

Cari ilin yanvar-iyul aylarında ölkədə 34281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

2017-ci ilin 7 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 32864 nikah və 8532 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gələn, 1002 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.

Xəbər 2957 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb


BÜTÜN XƏBƏRLƏR +