“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.08.2019  17:09 

Azarkeşlər istədi, istefaya getdi





A+  A-

Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Abdullah Avcının köməkçilərindən biri istefa verib.
XəzərNews.az xəbər verir ki, bu yay Avcı ilə birgə “Başakşəhər”dən “Beşiktaş”a gələn Orhan Ak, vəzifəsindən ayrılmaq qərarına gəlib.

Buna onun “qara qartallar”ın düşərgəsində çalışmağa başlayandan bəri azarkeşlərin etirazları ilə üzləşməsi səbəb olub. Vaxtilə “Beşiktaş” azarkeşləri ilə problem yaşamış Ak, sözügedən komandada işə başlasa da, fanatlar qalmaqalları yaddan çıxarmayıblar. Onlar “Beşiktaş”ın bu yay keçirdiyi yoxlama oyunlarında, həmçinin Super Liqanın 1-ci turu çərçivəsinə keçirilmiş “Sivasspor”la səfər oyununda Orhanın ünvanına təhqiramiz şüarlar səsləndirmiş, istefasını tələb etmişdilər. Vəziyyətin dəyişmədiyini görən Ak da istefa vermək məcburiyyətində qalıb.

Artıq “Beşiktaş” rəhbərliyi Akın istefasını qəbul edib. Abdullah Avcının onun əvəzində kiminlə çalışacağı hələlik, bəlli deyil.

Xəbər 1205 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +