“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


18.05.2018  14:38 

Nazirlikdə işə düzəltmək adıyla Bakı sakinlərinə 17 min “atıb”





A+  A-

Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildiriblər.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi RPİ-yə müraciət edə bilərlər.

Xəbər 1409 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +