“Şəki” restoranına milyonluq kompensasiya
"Bandotdel” əməliyyat keçirdi: Saxlanılanlar var
Bakıda yeniyetmə qız itkin düşüb
Əliyevin Orbanla görüşü olub... - Məhdud tərkibdə
Tramp qudasını Fransaya səfir təyin edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Rusiyaya qarşı 17-ci sanksiyalar paketi təsdiqləndi
TƏBİB rəhbəri narazı stamotoloqları qəbul edəcək
Beş nəfər xəsarət alıb, 3-nün vəziyyəti ağırdır... - Partlayış
İlham Əliyev Macarıstana işgüzar səfərə gedib


12.06.2017  11:57 

Seyidlik vəsiqəsi“ verən qazı DANIŞDI





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməyindən danışıb.
XəzərNews.az-ın xəbərinə görə, O, unikal.org-a bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib: "Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”
Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib:"Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir.
Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”

Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb:

"İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya, hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam”.


Xəbər 1875 dəfə oxunub.




20.05.2025  13:12 

Sabahdan istilər başlayır

20.05.2025  11:38 

Sibiqa Brüsselə gedir

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO


BÜTÜN XƏBƏRLƏR +