Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


20.12.2023  12:36 

6 rayonda qanunsuz ağackəsmə faktı...





A+  A-

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində 6 rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı vətəndaşların müraciətləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar üzrə araşdırma aparılıb.

Xəzərnews.az Baş Prokurorluğa istinadla xəbər verir ki, araşdırmalar zamanı Abşeron rayonunun Xırdalan şəhəri, Yevlax rayonunun Aşağı Qarxun kəndi ərazisində, Bərdə şəhərində, Zərdab rayonunun Kəndəbil və Ucar rayonunun Qazyan bələdiyyələrinin mülkiyyətində olan torpaq sahələrində meşə fonduna daxil olmayan ümumilikdə 251 ədəd ağac və kolun, Yardımlı rayonunun Ləzir kəndi ərazisində isə meşə dolaylarında meşə fonduna aid 60 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 41 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarlarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.



Xəbər 1135 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +