Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


19.12.2023  05:38 

Serbiyada müxalifət seçkilərin nəticələrinin ləğvi tələbi ilə aksiyasına başlayıb





A+  A-

Belqradda bələdiyyə seçkilərinin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun liderləri Respublika Seçki Komissiyasından səsvermənin nəticələrini ləğv etməyi tələb edib və aclıq aksiyasına başladıqlarını bildiriblər.

Xəzərnews.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Müxalifət hakim Serb Tərəqqi Partiyası (SPP) koalisiyasının son seçkilərdə qələbəsi ilə razılaşmadığını bildirib. Səslərin hesablanması hələ də davam edir.

“Serbiya zorakılığa qarşı” hərəkatının liderləri seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.

Müxalifət tərəfdarları Seçki Komissiyasının qarşısında yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar.

Serbiya Seçki Komissiyasının məlumatına görə, "Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyası dekabrın 18-də keçirilən parlament seçkilərində lider olub. “Serbiya zorakılığa qarşı” müxalifət bloku ikinci yeri, “İvitsa Daçiç – Serbiyanın baş naziri” koalisiyası üçüncü yeri tutub.


Xəbər 1430 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +