Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


30.11.2023  16:35 

“Biabırçılıqdır, vətəndaşa sərfəli hər şeyə qarşı çıxırlar”





A+  A-

“Azərbaycanda sistem elə qurulub ki, vətəndaşlar üçün sərfəli olan hər şeyə məne olmağa, işıq gələn yerləri qapatmağa çalışırlar. İndi də məmurlara bağlı bəzi maraq qrupları ortalığa mövzu atıblar: vətəndaşların xaricdən sifarişləri üçün 300 dollarlıq limiti azaldılsın, vətəndaşlar üçün çox sərfəli olan onlayn sifarişlər məhdudlaşdırılsın”.

Xəzərnews.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb.

“Zatən sifarişləri 1000 dollardan 300 dollara salmaqla sivil dünyada olan trendlərə qarşı getdilər, artıq dünyada bəzi ölkələrdə onlayn ticarət ənənəvi satışların çox üzərinə çıxıb. Nə baş verir? Şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə alış-veriş mərkəzləri, mağazalar, böyük ölçüdə məmurlara, onların ailə üzvlərinə məxsusdur, onlar da həmin məkanları fantastik qiymətə icarəyə verirlər. Yəqin ki, onların icarədarları şikayət edirlər ki, hamınız səlahiyyət sahibisiniz, camaat xaricdən sifariş verir, bizim alverimiz ölür, sizin icarə haqqınızı verə bilmirik. Hakimi-mütləqlər də ortalığa mövzu atırlar ki, sifarişləri azaltsınlar, onlayn ticarəti məhv etsinlər. Biabırçılıqdır, vətəndaşa sərfəli hər şeyə qarşı çıxırlar”, - N. Cəfərli bildirib.

Qeyd edək ki, 2020-ci ilin 20 sentyabrından etibarən beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmur. Həmin tarixə qədər bu məbləğ 1000 ABŞ dolları idi.

Xəbər 1573 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +