Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


17.11.2023  02:17 

Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır





A+  A-

Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır. Yəqin çoxunuz şahidi olmusuz ki, insan heç bir şikayəti olmadan qəfildən böyrəkləri iflas edib və dializə qoşulub. Böyrəklər də qaraciyər kimi dözümlü orqandır.

Xəzərnews.az xəbər verir ki, professor Oksana Dralkina ölümcül böyrək çatışmazlığından qorunmaq üçün bunlara diqqət yetirməyi tövsiyə edib.

“Hər 10 nəfərdən birində böyrək xəstəliyi aşkarlanır. Böyrək çatışmazlığının müalicəsui xərçəng xəstəliyinin müalicəsindən 2 dəfə bahadır.

Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:

- Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.

- Dəridə iynəbatırma, qaşınma hissi, ağızdan qoxu, ürəkbulanma, qusma, iştahsızlıq

Artıq böyrəklər sidik turşusu, kreatinin və fosfatları yaxşı süzmür.

- Ürək ritminin pozulması, əzələ ağrıları.

- Üz, əl, ayaqda şişkinlik

- Köpüklü sidik. Bu zülalın aktiv çxarılmasıdır.

- Təzyiqin artması, yuxu pozulması, immunitet zəifliyi, sümüklərin zəifləməsi arıqlama

Bu hallar varsa terapevt və uroloqa gedin, USM, sidik, qan, hormon analizləri verin.

Əksər hallarda bu xəstələrdə diabet başlamış olur”./Medicina.az

Xəbər 1063 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +