Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


09.03.2021  09:36 

İllərdir küsülü olan Aygünlə Brilliantın barışıq rəqsi - Video





A+  A-

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova uzun illərdir davam edən küsülülüyə son qoyublar.
XəzərNews.az xəbər verir ki, barışıq ötən gün Aygünün səhnə aldığı restoranların birində baş tutub. Beynəlxalq Qadınlar Günü ilə bağlı mini konsert verən pop ulduzu izləyənlər arasında B. Dadaşova və oğlu Cahad Hacıyev də olub.

Kazımova “Mən Aygünəm” adlı mahnısını ifa edərkən 8 ilə yaxındır ki, danışmadığı həmkarının masasına yaxınlaşıb. O, Dadaşovanın dostları və oğlu Cahadla görüşüb, Xalq artistinə barışıq jesti edib. Bundan sonra Brilliant ayağa qalxıb, gecə boyu Aygünlə birlikdə rəqs edib.

Qeyd edək ki, tərəflər arasında qalmaqal 2013-cü ildə baş verib. Bu, Dadaşovanın illərdir rəfiqəsi olan Aygün haqqında “Biz heç vaxt yaxın olmamışıq”, -deyə açıqlamasından sonra başlayıb.

Daha sonra Brilliant həmkarının Türkiyədə mükafatlandırma mərasiminə namizəd olması barədə post paylaşıb, Xalq artistini ələ salıb. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər. A. Kazımova, hətta Dadaşovanın qeyri-etik şəklini instaqramda paylaşıb. Brilliant isə Aygünün bu məsələ ilə gündəmdə qalmaq istədiyini bildirib.



Xəbər 3744 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +