Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


23.12.2020  19:12 

ABŞ ordusu Somalidən çıxmağa başlayıb





A+  A-

Somalidən çıxarılan ABŞ hərbi qüvvələrin əsas hissəsi Cibutidəki Kemp-Lemonye Dəniz Ekspedisiya Bazasına köçürüləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə ABŞ hərbi qüvvələrinin Afrika Komandanlığının komandiri Stiven Taunsend açıqlama verib.

Amerika qoşunlarının ilk birləşmələrinin hərbi kontingentin ölkədən çıxarılması əməliyyatı çərçivəsində ölkənin sahillərində mövqe tutan “Makin İsland” döyüş gəmisinə çatdığı qeyd olunub.

Hərbi personalın materikdən köçürülməsi dəniz qüvvələrinin dəstəyi ilə həyata keçirilir. Təxliyə ediləcək ABŞ-ın Somalidəki kontingentinin sayının təxminən 700 əsgərdən ibarət olduğu bildirilib.

Somalidən çıxarılan hərbi qüvvələrin əsas hissəsinin Cibutidəki Kemp-Lemonye Dəniz Ekspedisiya Bazasına köçürüləcəyi gözlənilir. Bu, 3 minə yaxın heyət üzvü olmaqla Afrikadakı ən böyük ABŞ bazasıdır. Geridə qalan hərbi birləşmələr isə Keniyadakı ABŞ bazalarına köçürüləcək.

Hazırda Afrikada 6 minə qədər ABŞ əsgərinin olduğu qeyd olunub.

Xəbər 2039 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +