Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


22.12.2020  16:48 

ÜST koronavirusun yeni növü ilə bağlı iclas çağırır





A+  A-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Böyük Britaniyada təsbit edilmiş koronavirusun yeni ştammı barədə məlumatları müzakirə etmək üçün iclas keçirəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge “Twitter” səhifəsində məlumat verib.

“ÜST test strategiyalarını müzakirə etmək və virusun yayılma riskini azaltmaq üçün üzv dövlətləri iclasa çağıracaq”, - o yazıb.

Qeyd edək ki, koronavirusun mutasiya olunmuş növü dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib. Britaniyanın baş naziri Boris Conson yeni ştammın ilkin variantdakına nisbətən 70% daha yoluxucu olduğunu söyləyib.

Bundan sonra 20-dən çox ölkə Britaniya ilə nəqliyyat əlaqələrini ləğv etməyə və ya məhdudlaşdırmağa qərar verib.

ÜST-dən həmçinin Niderland və Avstraliyada da koronavirusun yeni ştammının aşkar olunduğu bildirilib.

Xəbər 1972 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +