Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


02.07.2020  08:56 

“Zaminbank”ın sədri həbs edilib





A+  A-

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.
XəzərNews.az Unikal.org-a istinadən xəbər verir ki, o, 20 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Nadir İsmayılov mənimsədiyi 24 milyon manat pulu yaxın qohumlarının adına götürüb.

Sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar, bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüb. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrə çalışırdılar.

Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, “Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilib.

Xəbər 1647 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +