Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


25.06.2020  12:54 

Brilliant haqqında şayiə yayanlardan yazdı





A+  A-

Xalq artisti Brilliant Dadaşova instaqramdakı paylaşımları ilə diqqət çəkib.
XəzərNews.az xəbər verir ki, sənətçi ard-arda 3 status yazaraq haqqında şayiə yayan şəxslərə müraciət edib.

Dadaşova mahnılarını paylaşaraq, bunu uydurma hekayə quranlara həsr etdiyini bildirib: “1991-ci ildə oxuduğum bu musiqini şərəfini itirmiş, xəlvətdə gizlənib qadın haqqında inanılmaz hekayələr uyduranlara həsr edirəm. Dahi Mirzə Ələkbər Sabir onların cavabını çoxdan verib: Aşiqiq ancaq quru boş söhbətə, kim nə deyər bizdə olan qeyrətə”.

Xalq artisti bundan bir neçə gün əvvəl isə “1990-cı il - Brilliant Dadaşovanın 20 Yanvar hadisələrinə mərd etirazı. Bu mahnını siçan deşiyində gizlənib, qadın haqqında qondarma hekayələr uyduranlara həsr edirəm. Azərbaycan bayrağı qarşısında oturub dedi-qodu uydurmayın. Biz o bayraq uğrunda özümüzü və karyeramızı məhv etməkdən qorxmadıq”,- deyə vurğulayıb.

Xəbər 2497 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +