Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


17.07.2019  14:43 

166 nəfərin ölümünə səbəb terrorçu 11 il sonra həbs olundu





A+  A-

2008-ci ilin noyabrında 166 nəfərin ölümü ilə nəticələnən Mumbay teraktını törətməkdə şübhəli bilinən din xadimi Hafiz Səid Pakistanda həbs edilib.
XəzərNews.az-ın “Associated Press” nəşrinə istinadən verdiyi xəbərə görə, o, Pəncab vilayətində həbs olunub.

Məlumata görə, daha öncə Pakistan polisi onu saxlasa da, məhkəməyə cəlb olunmayıb.

Qeyd olunur ki, Səid “Laşkar-i-Tayba” təşkilatının lideridir.

Xatırladaq ki, Hindistanın Mumbay şəhərinə terror hücumları 26-29 noyabr tarixlərində həyata keçirilib. Bu müddətdə “Laşkar-i-Tayba” kütlənin sıx olduğu vağzal, küçə və digər ərazilərdə yanğın və partlayışlarla 12 hücumu təşkil edib.

Hadisə nəticəsində 300-dən çox insan xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 9 terrorçunu zərərsizləşdiriblər.

Xəbər 1447 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +