Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


30.10.2017  09:57 

Elşadla Oksananın arsızlığı... - DİN-ə hörmətsizlik





A+  A-

Bir neçə gün əvvəl eks-xanımı, tanınmış rəqqasə Oksana Rəsulovanı döyməkdə və bıçaq çəkməkdə ittiham olunaraq barəsində cinayət işi açılan Elşad Xose sosial şəbəkələrdə baş verənlərə münasibət bildirib.
Oksananın şikayəti əsasında Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində bir gün saxlanılan məşhur reper şənbə günü ifadəsi alınaraq sərbəst buraxılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) bir neçə dəfə rəsmi açıqlama versə də, hər iki tərəf baş verənləri təkzib edib. Belə ki, Elşad Xose daha irəli gedərək barəsində xəbər yazan mətbuat nümayəndələrini lağa qoyub.

Onunla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılsa da, Xose həm DİN-ə, həm mediaya, həm də pərəstişkarlarına qarşı heç nə olmamış kimi davranıb:

“Ala, əl çəkin də... Artıq boş-boş kim nə dedi, elə təkrar edirlər. Təzəcə partimi sona çatdırdım. Məni tutublar, parti də zonda idi. Qurtarın ala da... Qəşəng yarımçıq işlərim var, tamamlayan kimi buraxıram ixtiyarınıza, qiymət verərsiz”.

Bu arada qeyd edək ki, Xosedən şikayətçi olan Oksana da eyni mövqe göstərir. O da həm mətbuata açıqlamasında, həm də sosial şəbəkədə olanları inkar etmişdi.

Baxmayaraq ki, sözügedən qalmaqaldan sonra hər iki məşhur bir-birini instaqramda izləməkdən imtina edib.

Rəqqasənin eks-əri isə onunla birgə çəkildiyi filmlə bağlı təhqirə yol verib. O, instaqramda “Mələyin öpüşü”nün adını dəyişərək söyüşlə əvəzləyib. Reper daha sonra yazdığı təhqiri silib.


(qafqazinfo.az)

Xəbər 1300 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +