Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


10.04.2017  13:57 

İmtahanların nəticələri üç gün ərzində açıqlanacaq





A+  A-

Aprelin 9-da ali təhsil müəssisələrinin magistraturalarına, rezidenturaya keçirilən qəbul imtahanının 1-ci mərhələsi və Azərbaycan dili (qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarının nəticələri 3 gün ərzində açıqlanacaq.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən xəbərə görə, bu gündən başlayaraq imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 3 gün ərzində elan edilməsi nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra bakalavrlar imtahan nəticələri ilə DİM-in internet saytında tanış ola biləcəklər.
Qeyd edək ki, aprelin 9-da magistraturaya qəbul imtahanı respublikanın 5 şəhərində 39 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr sənəd verib. Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 2 binada, eləcə də Naxçıvan şəhərində 1 binada keçirilib. İmtahanda iştirak etmək üçün 1077 bakalavr sənəd verib.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb. İmtahanda iştirak etmək üçün 6151 abituriyent qeydiyyatdan keçib.

Xəbər 2142 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +