Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


08.04.2017  14:21 

Bakının bəzi rayonlarının qazı kəsiləcək





A+  A-

Bakı şəhəri, Nəsimi rayonunun bir hissəsinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
XəzərNews.az xəbər veriri ki, “Azəriqaz”İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə örə, Nəsimi rayonu, A.Qurbanov küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində diametri 325 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində sızma aşkar olunub.
Qeyd olunan ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğu nəzərə alınaraq, sızmanın aradan qaldırılması üçün təmir işlərinin axşam saatlarında görülməsi qərara alınıb.
Bu səbəbdən bu gün saat 21:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun, Ağadadaş Qurbanov, Bakıxanov, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Cəlil Məmmədquluzadə küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.
Azəriqaz İB-yi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Xəbər 2110 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +