Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


25.02.2025  15:46 

Şəhidin xatirə lövhəsi niyə sökülüb?





A+  A-

Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi (MÜTDA) şəhid Həsən Həsənovun xatirəsinə həsr olunmuş lövhənin sökülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində tədris ili boyunca I və II Qarabağ müharibəsi şəhidinin adını daşıyan 7 sinif otağı təşkil edilib, həmçinin məktəbin həyətində şəhidlərin xatirəsinə bulaq inşa edilib.

“Şəhid Həsənov Həsənin qardaşı Nahid Həsənov tərəfindən sosial şəbəkədə yayılan görüntülərlə bağlı bildiririk ki, ümumi təhsil müəssisəsində şəhidin xatirəsinə həsr olunmuş lövhə məktəbin ibtidai sinfinin təlim-tədrisi üçün nəzərdə tutulan sinif otağına yerləşdirilib. Məktəbin sinif otaqlarının yeni avadanlıqlarla təchizi və yenidən təşkili prosesi həyata keçirildiyindən sözügedən sinif otağında tədrisə cəlb olunan ibtidai sinif digər otaqlardan birinə keçirilib. Məktəb rəhbərliyi tərəfindən şəhidin ailəsinə lövhənin yenidən eyni sinif otağına və ya onların təklifinə uyğun digər bir sinif otağına yerləşdirilməsi təklif olunub. Bu prosesdə məktəb rəhbərliyi şəhidin xatirəsinə və ailə üzvlərinin təkliflərinə hörmətlə yanaşır, tərəflərin razılığı əsasında məsələnin həllini təmin etməyə çalışır”, - məlumatda deyilir.

Xəbər 997 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +