Rusiya İranın bu hərəkətindən narahatdır
Qaçaqmal yolu ilə qızıl keçirən sabiq gömrükçülər azadlıqda...
“Kino var?.. - Olmayan şey haqqında nə danışım?
Əməliyyatdan sonra qızın qulağı çürüdü - Bakıda
Yük avtomobilləri kütləvi şəkildə cərimələnir - Video
Bayram günlərində hava necə olacaq?
Si Cinpin BRİKS sammitində iştirak etməyəcək
Mürsəl İbrahimova da “general-mayor” rütbəsi verildi
Zaur Hüseynov vəzifəsindən azad olunub
Prezident onlara general rütbəsi verdi


26.02.2018  15:09 

Həbsdə olan iş adamına daha bir cinayət işi açıldı





A+  A-

Bir müddət öncə marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədova qarşı daha bir cinayət işi açılıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, bundan öncə xuliqanlıqda təqsirləndirilən A.Xanməmmədov bu dəfə dələduzluqda ittiham edilir.

Belə ki, Faiq Seyidovun şikayəti əsasında Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

F.Seyidov ərizəsində qeyd edib ki, A.Xanmmədov onun etibarından sui-istifadə edərək 1 milyon 800 min manat dəyərində 20 ədəd avtobusu dələduzluq yolu ilə öz mülkiyyətinə keçirib.

Qeyd edək ki, 08 iyun 2017-ci ildə səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonunda yerləşən “Safastore” mağazasına hücum edib, market əməkdaşlarına təzyiq edərək çölə çıxarıblar. A.Xanməmmədov həmin şəxslərə belə bir tapşırıq verməkdə ittiham edilib və Binəqədi rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. “Riyad” Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov 4 il, Savalan Məhərrəmov və Məzahir Qurbanov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər mühafizəçilər 2 il müddətinə islah işlərinə təhkim olunublar.

Sayt qarşı tərəfin mövqeyini öyrənmək üçün A.Xanməmmədovun vəkili Ceyhun Yusifovla əlaqə saxlayıb. Vəkil bu barədə danışmaqdan imtina edib.

Xəbər 2888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  18:40 

Anadolu incisi - Bitlis

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?


BÜTÜN XƏBƏRLƏR +