İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


30.09.2022  15:03 

Tərəvəz bitkilərinin istehsalı artır...





A+  A-

Ölkənin iqtisadi inkişaf etməsində kənd təsərrüfatının rolu böyükdür. Kənd təsərrüfat sahələri arasında tərəvəzçilik getdikcə daha çox qida və qida təhlükəsizliyi üçün vacib hesab olunur.

İnkişaf etməkdə olan ölkələrdə tərəvəzin istehsalı kəndə yoxsulluğunun və işsizliyin azaldılması üçün perspektivli iqtisadi imkan verir və təsərrüfatların diversifikasiyası strategiyalarının əsas komponentidir. Tərəvəzlər bəşəriyyətin sağlamlığı üçün lazım olan vitamin və mineralların ən əlverişli mənbəyidir. Tərəvəzlərin iqtisadi gücündən istifadə etmək üçün dövlətlər təsərrüfat məhsuldarlığına (təkmilləşdirilmiş çeşidlər, kimyəvi pestisidlərə alternativlər və qorunan becərmə üsullarından istifadə daxil olmaqla) yaxşı məhsul yığımına investisiyalarını artırmalı olacaqlar ki, bu da idarəetmə, qida təhlükəsizliyi və bazara çıxışını təmin etsin. Tərəvəzlərin qidalandırıcı gücündən istifadə etmək üçün istehlakçılar tərəvəzlərin sağlamlığa necə töhfə verdiyini bilməli və onları münasib qiymətə tapmalı və ya özləri yetişdirə bilməlidirlər. Tərəvəz istehlakı ilə məşğul olan şəxslər nəqliyyat-kommunikasiya və digər daşıma vasitələrini yaxşı təşkil etdirilməlidir. İndi kiçik fermerlər üçün artan iqtisadi imkanlar və hamı üçün sağlam qida təmin edən tərəvəzlərə investisiyaların prioritetləşdirilməsi lazımdır.

Azərbaycanda tərəvəzçilik sahəsinə çoxlu önəm verilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən tərəvəz bitkilərinin istehsalı ildən-ilə artmaqdadır.

Tərəvəz istehsalı 2003-cü ildə 1046,3 min ton idisə, 2018-ci ildə 1521,9 min ton və 2021-ci ildə 1815,5 min ton olmuşdur. Ötən 18 il ərzində məhsul istehsalı 769,2 min ton artmışdır. Tərəvəz istehsalının 72%-i acıq sahədə yetişdirilir. 2021-ci il üzrə pomidor (376,5 min ton), baş soğan (286,4 min ton), xiyar (191,7 min ton), kələm (132,4 min ton) və sair tərəvəzlər istehsal olunur. Ötən dövrlər ərzində örtülü sahədə tərəvəz yetişdirilməsinə diqqət artmışdır. Əsasən ilin payız, qış və yaz ayları üçün nəzərdə tutulur. 2003-cü ilə nisbətən 2021-ci ildə tərəvəz istehsalı 24 dəfə artmışdır. Örtülü sahədə əsasən pomidor və xiyar tərəvəz bitkiləri yetişdirilir.

Tərəvəz bitkiləri yüksək məhsuldarlığı ilə seçilirlər. 2003-2021-ci illərdə 140 sent/ha-dan 190 sent/ha qalxmışdır. Bu da 1,4 dəfə məhsuldarlığın artması deməkdir. Əsasən məhsuldarlıq süfrə yerköküsündə, baş soğan və kələmdə müşahidə edilməkdədir.

Beləliklə, ölkədə tərəvəzçilik sahəsinin yüksək inkişaf etməsinin səbəbi kimi müasir agrotexniki qulluq, suvarma sisteminin genişləndirilməsi, fiziki və hüququ şəxslərə subsidiyaların verilməsi, pestisidlərdən və aqrokimyavi maddələrdən istifadə olunması və başqa amillər daxildir.

Kənd təsərrüfatında tərəvəz bitkilərin inkişafında Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu öz tövhəsini vermişdir. İnstitut ölkədə tərəvəzçiliyin inkişafının etibarlı təminatı üçün, yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı, müxtəlif vaxtlarda yetişən tərəvəz, bostan və kartof sortlarının yaradılması və onun istehsalata tətbiqidir.

Famil Niftiyev
İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun dissertantı,
iqtisadçı ekspert


Xəbər 5966 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +