Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq
“Səba” külli miqdarda borca düşdü
Baş həkim olmaq istəyirdi, 250 min manatı getdi
Şahdağa qar yağıb


30.09.2020  08:53 

“Ankara qardaş Azərbaycanı istədiyi formada dəstəkləməkdə davam edəcək”





A+  A-

Ankara qardaş Azərbaycanı istədiyi formada dəstəkləməkdə davam edəcək.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız bir şərtlə həll olunacaq - Ermənistanın işğal olunmuş ərazilərdən çıxması ilə.

Çelik Ermənistanın hücumuna məruz qalmasına baxmayaraq, Azərbaycana təmkin göstərməyi tövsiyə edən tərəflərin mövqeyini qəbuledilməz adlandırıb.

“Azərbaycan öz ərazisini müdafiə etmək hüququna malikdir. Qarabağ -Azərbaycan torpağıdır. Ermənistan orada işğalçı qismindədir”, -deyə o vurğulayıb.

“Ermənistanın yaşayış məntəqələrinə hücumları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Beynəlxalq birlik Ermənistanı pisləməlidir”, - Ədalət və İnkişaf Partiyasının nümayəndəsi deyib.

Xəbər 2195 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +