Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


30.01.2023  16:07 

Şeyx Orxan Əsgərovun yas mərasiminə gəldi





A+  A-

Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.

XəzərNews.az Report-a istinadla xəbər verir ki, yanvarın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və başqaları şəhidin yas mərasiminə qatılıblar.

Dini rəhbərlər mərhumun ruhuna dualar oxuyublar, yaxınlarına başsağlığı veriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da yas mərasimində iştirak edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Xəbər 1023 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +