200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.11.2022  12:20 

Dualarımızın qəbul olması üçün nə edək?





A+  A-

Duaların müstəcab olması üçün bəzi mühüm şərtlər vardır ki, hədislərdə və müvafiq məzmunlu kitablarda bunlar ətraflı şəkildə izah edilib. Qısaca bunu qeyd edirik ki, əvvəla, bəndə Allahın əmr və qadağanlarına riayət etməyə çalışmalıdır.

O, Allahın çağırışlarına əməl etməlidir ki, Allah da onun çağırışına cavab versin. İkincisi, dua edən şəxs halal qida yeməlidir və öhdəsində başqasının qəsb edilmiş haqqı olmamalıdır. Üçüncüsü, dua səmimi qəlblə edilməlidir. Duanı Allaha həmdü-səna, Peyğəmbərə və Əhli-beytinə salavatla başlamaq və bitirmək məsləhətdir. Dua zamanı bəndə öz günahlarını yada salmalı, peşman olub tövbə etməlidir. Riqqətlə, hətta ağlayaraq dua etmək duanın tez qəbul olmasına səbəb olar. Bundan başqa müqəddəs məkanlarda (məscid və ziyarətgahlarda), eləcə də, mübarək zamanlarda (səhər çağı sübh namazından sonra, zöhr vaxtı, yağış yağanda, azan deyiləndə və s.) edilən dualar da tez müstəcab olar.

XəzərNews.az


Xəbər 1291 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +