200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


02.12.2021  14:13 

Başqasına bəd-dua etmək...





A+  A-

İslam dini əxlaq üzərində çox vurğu edən dindir. Müsəlman əxlaqının bəyənilən xüsusiyyətlərindən biri isə bağışlamaq və əfv etməkdir. Ən böyük bağışlayan Allahdır. Müqəddəslərimiz, onlara edilən zülmlərə görə əksər hallarda bəd-dua etməz, qarğış söyləməz, qarşı tərəfi bağışlayardılar.

Nəticədə, bəzi hallarda qarşı tərəf bu alicənablığı görüb peşman olar və tövbə edərdi. Müqəddəslərimiz bir qayda olaraq onların şəxsiyyətinə qarşı edilən zülm və təhqirləri bağışlayar və buna görə bəd-dua etməzdilər.

Amma digər müsəlmanların haqqını qəsb edən, ictimai asayişi pozan zalımlara və cinayətkarlara qarşı düşmən mövqedə durar, onlara qarğış edərdilər və bu qarğış mütləq həyata keçərdi. Müsəlman bağışlamağı öyrənməlidir.

Əlbəttə, haqsızlığa qarşı mübarizə aparmaq da vacibdir. Lakin mübarizə aparmaq və öz haqqını tələb etmək mümkün olmadığı hallarda əfv etmək daha məqsəduyğundur.

Xüsusilə, cahillik üzündən edilmiş xətalara görə qarşı tərəfi bağışlamaq lazımdır. Əlacsızlıq hallarında müsəlmanın zalıma bəd-dua etməsi icazəlidir. Hədislərdə buyurulur ki, ən tez qəbul edilən dualardan biri də məzlumun etdiyi bəd-duadır.

Mənbə: islam.az

Xəbər 1921 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +