Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


26.01.2019  09:28 

Oğul və bacıoğludan marixuana “sovqatı”





A+  A-

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
XəzərNews.az xəbər verir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Cinayət Məcəlləsinin 217.2.; 32.3; 29.1; 120.2.1; 29; 120.2.5; 29.122.2.11; 29.122.2.14; 120.2.5; 120.2.7; 120.2.11; 228.3 və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xəlilov Rəhim Talıb oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Gəncə şəhər sakini Xəlilov Orxan Rəhim oğlu və bacısı oğlu Qazax rayon sakini Yusifov Elşən Ələddin oğlunun gətirdikləri sovqata və üzərilərinə baxış keçirilib.

Baxış zamanı E.Yusifovun əynində olan gödəkcə və şalvarın ciblərinin iç hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş 0,165 qram marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1420 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +