200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.10.2020  15:29 

“Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı”





A+  A-

"Bu gün erməni tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və həqiqi təsdiq etmək üçün guya həmin PUA-nın video kadrlarını yaydı".
XəzərNews.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” An-2 yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar:

"Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir?

Cavab sadədir. Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir.

Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır".

Xəbər 2358 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +